Masallı və Lənkəranın komandaları çempionata qaytarılsın - Deputat istəyir

Masallı və Lənkəranın komandaları çempionata qaytarılsın - Deputat istəyir

“Sabah” komandasının Azərbaycan kubokunun finalında vurduğu hər iki qola şapka çıxarmaq olar.

Bu oyun üslubu Avropada layiqli mövqe qazanmağa ümid verir. Təkrar-təkrar izlədim, zövq aldım.

Sportinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, “Sabah” və “Turan” Avropada sürpriz komandalar ola bilər.

“Bu il futbolumuzun bir nömrəli hədəfi hər komandanın öz meydançasında oynamasıdır. Bəlkə hələlik “Araz-Naxçıvan” istisna ola bilər.

Yəni Zəngəzur dəhlizi açılana qədər mövcud çətinliyə anlayışla yanaşaraq. Futbol hökmən bölgələrə yayılmalıdır.

Eyni zamanda çempionatda Masallı və Lənkəranın komandalarının olması futbolumuzu gözəlləşdirər, bölgədə idmana həvəsi artırar. Bu mənada “Qəbələ” və “Şahdağ” klublarının da inkişafına dəstək artırılmalıdır”, - millət vəkili deyib.

Deputatın fikrincə, AFFA hər bir komandanın meydana çıxış proseduru zamanı “Narkomaniyaya yox deyək!” kimi pankratlar daşımağı tövsiyə etsə yaxşı olar:

“Bir tərəfdən idman, digər tərəfdən səfalət və miskin yaşam müqayisə olunur. Nəzərə alsaq ki, stadiona gələn tamaşaçının çoxu yeniyetmələrdir. Ölkədə hər fürsətdə idmanı, sağlam yaşamı təbliğ etməliyik”.

“Sabah” Azərbaycan Kubokunun finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib. “Sabah” daha əvvəl Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirib.

“Turan Tovuz” isə ölkə çempionatında ən azı üçüncü yeri təmin edib.

Millət vəkili:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti