İspaniya klubuna transfer olunan müdafiəçini ölkəmizdə hansı klublar bəyənməyib? - SİYAHI

İspaniya klubuna transfer olunan müdafiəçini ölkəmizdə hansı klublar bəyənməyib? - SİYAHI

15 yaşlı Səid Aslanov İspaniyanın tarixi klublarından biri olan “Real Mursiya”ya transferi günlərdi danışılır.

Həqiqətən, bir həmyerlimizin İspaniya kimi futbol ölkəsinə ayaq açması hamımızı sevindirir.

Həm də bu qədər erkən yaşlarında.

Ona gələcək karyerasında uğurlar. Ümid edək ki, xoş sədaları ilə hamımızı sevindirəcək.

Biz isə onun dünəni ilə bağlı müəyyən bilgilər əldə etmişik.

Belə ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçunu Azərbaycanda bəyənən tapılmayıb.

"Qarabağ", "Zirə" və "Vətən" klublarında forma geyinib.

Heç birində lazım olan dəyəri görməyib.

Oyunlarda çox az şans alıb.

Bəzən hətta "səndən futbolçu çıxmayacaq" qədər sərt ifadələrlə üz-üzə qalıb.

Maraqlıdır ki, 3 klubumuzun görmədiyi istedadı bir İspaniya klubu görə bilib.

Özü də necə...

Səid əslində bir başqa İspaniya klubunda baxışda olub. Onun oyununu kənardan izləyən "Real Mursiya"nın prezidentini futbolçunun istedadlı olması diqqətini çəkib.

Qərar verib ki, bu uşaq bizdə olmalıdır.

Qısa müddətdə danışıqlar uğurla yekunlaşıb, həmyerlimizlə uzunmüddətli müqavilə imzalanıb.

Bu hal bir daha göstərir ki, uşaq futbolunda vəziyyət nə qədər acınacaqlıdır. Seçimlər nə qədər bərbad aparılır. Qərarlar nə qədər uğursuzdur. Belə olan halda bizim milli komandalarda da normal yerli oyunçu axtarmağımız mənasızdır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti