“Onsuz da, bizi milliyə bunun üçün dəvət ediblər”

16 İyun 23:40 Milli komanda 167
“Onsuz da, bizi milliyə bunun üçün dəvət ediblər”

“Onsuz da, bizi bura çatışmayan cəhətləri aradan qaldırmaq üçün dəvət ediblər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında U-20-nin məşqçisi Vaqif Cavadov deyib.

Bir müddətdir yığmada Rui Jorjenin köməkçisi işləyən müsahib “18-19 yaşına kimi futbolun sirlərini tam öyrənməyən, hansısa cəhətlərdə geri qalan futbolçuların mənfilərini bu yaşda, millinin düşərgəsində aradan qaldırmaq mümkündürmü“ sualına cavabında aşağıdakıları söyləyib:

“Təcrübəmizdən istifadə edib, bu yöndə nələrsə etməliyik. Hər məşqçidə olduğu kimi, Ruy Jorjenin də özünəməxsus oyun fəlsəfəsi var.

Futbolçuların buna öyrəşməsi üçün zaman lazımdır. Bunu hansı müddətdə və hansı sürətlə bacaracaqlarını vaxt göstərəcək.

Millinin qapıları hər bir futbolçunun üzünə açıqdır. Potensiallı oyunçuları cəlb etməklə millinin inkişafına çalışmalıyıq“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!