"Heç kim riskə getmək istəmir, bir qərarla onun taleyini həll etdi"

"Heç kim riskə getmək istəmir, bir qərarla onun taleyini həll etdi"

Azərbaycan kubokunun finalı arxada qaldı.

Premyer Liqanın erkən çempionu "Sabah" burada da gücünü göstərdi.

Valdas Dambrauskasın yetirmələri hesabda geri düşdüyü matçda "Zirə"ni geridönüşlə məğlub etməyi (2:1) bacardı.

Sportinfo.az-a açıqlama verən "qartallar"ın və mili komandamızın sabiq üzvü Elvin Məmmədov görüşlə bağlı fikirlərini bizimlə bölüşüb:

"Maraqlı oyun oldu. Final görüşü elədir ki, heç kim riskə gedib, açıq futbol oynamaq istəmir. Hər iki tərəf matça ehtiyatlı başlamışdı.

"Zirə" ilk dəqiqələrdə daha yaxşı idi. Erkən qoldan sona müdafiə olundu.

Belə olan halda "Sabah" topa sahib oldu və boşluqlar tapmağa çalışdı. 2 dənə elə qol vurdular ki...

İkinci qol isə sadəcə mükəmməl idi. Hər iki komandaya bundan sonra uğurlar arzu edirəm".

Gənc mütəxəssis Valdas Dambrauskasın əvəzetmələrinin görüşün taleyini həll etdiyini bildirib:

"Meydana çıxan 2 oyunçudan biri məhsuldar ötürmə edir, digəri qol vurursa, deməli burada baş məşqçi amili var. Dambrauskas bu qərarı ilə oyuna toxundu. İkili əvəzetmə oyunun taleyini həll etdi".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti