Avropada parlayan millimizin müdafiəçisi Rumıniya klubuna getdi - SON DƏQİQƏ

16 İyun 21:00 Milli komanda 4 608
Avropada parlayan millimizin müdafiəçisi Rumıniya klubuna getdi - SON DƏQİQƏ

"Arda"dan ayrılan Cəlal Hüseynov karyerasını Avropada davam etdirəcək.

23 yaşlı müdafiəçi bu dəfə Rumıniyaya üz tutub.

"Petrolul"la həmyerlimiz arasında ilkin razılıq əldə olunub.

Danışıqların son detalları qalır.

Bolqarıstanda uğurlu mövsüm keçirən millimizin üzvünün xidmətində bir neçə Azərbaycan klubu ilə bərabər, xarici klublar da maraqlı idi.

Amma Hüseynov Rumıniya təmsilçisinə keçməyə qərar verib.

"Zirə"nin yetirməsi 2023-cü ildən "Arda"ya məxsusdur.

O, Bolqarıstan klubunda ümumilikdə 87 matçda meydana çıxıb və 5 qolla yadda qalıb.

Azərbaycanda "Şamaxı" ilə "Zirə"nin formasını geyinmiş stoper milli komandamızda 10 oyun keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu