"Qarabağ"ın növbəti transferi "Sportinq"in yetirməsi oldu - RƏSMİ

16 İyun 20:00 Qarabağ 1 159
"Qarabağ"ın növbəti transferi "Sportinq"in yetirməsi oldu - RƏSMİ

"Qarabağ" növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, Portimonense”(Portuqaliya) ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, Ağdam təmsilçisində 28 nömrəli formanı geyinəcək.

2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq.

Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib.

O, karyerası ərzində həmçinin “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.

Samuel Lobato yay transfer pəncərəsində "Qarabağ"a qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşmişdi.

Digər Xəbərlər
Xəbər Lenti