Legioner bolluğu uğur demək deyil – “Karvan” nümunəsi, “Qəbələ” dərsi

16 İyun 22:40 Qəbələ 161
Legioner bolluğu uğur demək deyil – “Karvan” nümunəsi, “Qəbələ” dərsi

Əcnəbi futbolçuların ölkə klublarına transferi vacibdir.

Gəlmələr olmadan dayanıqlı kollektiv qurmaq o qədər də asan deyil.

Bəlkə də mümkünsüzdür.

Amma hər çətinlikdən çıxış yolu legionerlər deyil.

Heç uğurun qaranti da deyil.

Buna bariz nümunə başa çatan mövsüm elitanı tərk edən "Karvan-Yevlax"ı göstərmək olar.

Yevlaxlılar sezona 12 yadelli oyunçu ilə başladı.

Bəzən ilk 11-likdə 8-9 gəlmə yer alırdı.

Amma klub heç cür liqada qalmaq hədəfinə çata bilmədi.

Əvəzində aşağı-yuxarı eyni büdcəyə sahib "Qəbələ" start heyətində daha çox azərbaycanlı oynadan klub oldu.

Əksər matçlarda Kaxaber Tsxadadze meydana 5-6 azərbaycanlı oyunçu ilə çıxırdı.

Düzdü, bölgə klubu pley-off oynamaqla elitada yerini qorudu.

Amma bunu ədalətli olan hər kəs etiraf edər ki, "qırmızı qaralar" oynadığı oyunla ən pis halda ilk "8-lik"də yer almağı haqq edirdi.

Bütün şanssızlıqlara rəğmən hədəfə çatmaq mümkün oldu.

Hələ bu harasıdır.

"Qəbələ" daha çox azərbaycanlı oynatdığına görə əlavə bonus olaraq AFFA-dan 350 min manat qazandı.

Bir güllə ilə iki quş vurmaq bu olsun gərək.

Həm hədəfə çatdılar, həm də qazanca əldə etdilər.

Növbəti mövsüm digər klublarımız üçün bu məqam yaxşı dərslik sayıla bilər.

Ki, ilk fürsətdə gəlmələrə meyl salmasınlar.Əcnəbi futbolçuların ölkə klublarına transferi vacibdir.

Ki, ilk fürsətdə gəlmələrə meyl salmasınlar.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!