Üç ölkədən təklif aldı - 33 yaşında ilk dəfə legioner həyatı yaşaya bilər

10 İyun 22:20 Azərbaycan Futbolu 2 050
Üç ölkədən təklif aldı - 33 yaşında ilk dəfə legioner həyatı yaşaya bilər

"Turan Tovuz"dan ayrılan Şəhriyar Əliyev legioner həyatı yaşaya bilər.

Milli komandamızın sabiq üzvünə yerli klublarla bərabər Özbəkistan, Gürcüstan və Qırğızıstan kimi ölkələrdən də təkliflər var.

33 yaşlı müdafiəçi qərar verməyə tələsmir.

Amma ilk dəfə ölkə xaricinə yollanmaq ehtimalı daha yüksəkdir.

"Bakı"nın yetirməsi son 4 mövsümü "Turan Tovuz"da keçirib.

Daha əvvəl isə ölkəmizdə "Qarabağ", "Kəpəz", "Keşlə" (indiki "Şamaxı") və "Sumqayıt" klublarında forma geyinib.

O, gənclər millimizdə 12, əsas yığma komandada isə 3 matçda forma geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM