Azərbaycan 2026-27 mövsümünün UEFA klub reytinqinə 26-cı pillədə başlayacaq.
Sportinfo.az xəbər verir ki, ölkəmiz cari mövsümlə müqayisədə növbəti sezon 1 pillə irəlidə start götürəcək.
Məsələ burasındadır ki, növbəti mövsümün startında 2021-22 mövsümünün göstəriciləri silinəcək.
Həmin mövsüm isə Azərbayan 4,375 əmsal, Serbiya 9,500 əmsal itirəcək. Bu isə ölkəmizin serbləri üstələməsi ilə nəticələnəcək.
2022-23 mövsümündən bəri klublarımız ölkə reytinqinə 18,562 xal yazdırıblar.
Azərbaycan cari mövsümü reytinqdə 22,937 əmsalla başa vurub.

