"Bunlar bilirlər ki, futbol nədi?" - Millət vəkilindən sərt sözlər

7 Avqust 2020 20:00 Azərbaycan Futbolu 1 011
"Bunlar bilirlər ki, futbol nədi?" - Millət vəkilindən sərt sözlər

Millət vəkili, Azərbaycanın tanınmış simlarından olan Aqil Abbas ölkədə futbol oyunlarına icazə verilməməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, Aqil bəy Azərbaycanda futbol oyunlarının keçirilməməsinə görə cavabdehləri sərt tənqid edib: "Futbol oyunlarının keçirilməsinə icazə verilmədi. Bütün dünyada futbol bərpa edildi, hətta azarkeşləri də stadiona buraxırlar, bizdə 22 futbolçunu stadiona buraxmırlar. Stadionu azarkeşlər üçün də açmaq olar, bir oyuna 300-500 nəfər gəlir. Tofiq Bəhramov adına Respublika stadionunda oyun keçirsələr, 50 metr məsafə ilə azarkeşləri yerləşdirmək də olar. Əvvəldən bunun əleyhinə olmuşam ki, futbola mane olmasınlar. Mane olanda, axırda da belə situasiyalara gəlib çıxır. Biz hansı çıxış yolunu göstərə bilərik?

Karantin mütləq yumşaldılmalıydı, vəssalam. Oyunları başqa ölkədə keçirmək də mümkündü. Amma məsələn, Türkiyədə də vəziyyət bizdən yaxşı deyil axı, əksinə pisdi. Türkiyədə ölənlərin də, yoluxanların da sayı bizdən çoxdu. Gürcüstanda yoluxanların sayı nisbətən azdı. Azərbaycanda vəziyyət başqa bütün ölkələrdən yaxşıdı, yoluxanların da, sağalanların da sayında müsbət dinamika var. Bu mənada Azərbaycan yalnız Gürcüstandan geri qala bilər. Oyunları başqa harda keçirmək olar?

Hər şey məhv olub. Futbol daha olmayacaq, futbol bununla da bitdi. Amma narahat olmayın, dünya futbolu da bitdi. Hələ 3-4 il vaxt lazımdı ki, futbol özünə gəlsin. Futbolçu, komanda 3-4 ay ara verdisə, onu toparlamaq çətin olur, ona azı 2 il vaxt lazımdı... Deyirlər, milliyə də İtaliyadan De Byazi gəlib. Deyirlər, bəlkə o düzəltdi. Hara düzəldir? Bunlar bilirlər ki, futbol nədi?” ("Futbol+")

Digər Xəbərlər
Xəbər Lenti