Cənublu futbolsevərləri sevindirəcək YENİ XƏBƏR - FOTOREPORTAJ

6 Avqust 2020 12:44 Azərbaycan Futbolu 2 194
Cənublu futbolsevərləri sevindirəcək YENİ XƏBƏR - FOTOREPORTAJ

Masallıda yeni futbol kompleksi tikilib.

Sportinfo.az-ın məlumatna görə, böyük ərazidə inşa olunan idman mərkəzi biznesmen Hikmət Əliyev tərəfindən yaradılıb.

Cənub bölgəsində kifayət qədər tanınan iş adamı burada futbolsevərlər üçün hər cür şərait yaradıb. Belə ki, kompleksin nəzdində 2 meydança salınııb – açıq qazon və üstübağlı manej.

Həmçinin soyunub-geyinmə və hakimlər otaqları quraşdırılıb. Futbol həvəskarlarının asudə vaxtını keçirmək üçün iaşə obyektinin fəaliyyət göstərməsi də nəzərə alınıb.

Kompleksin xüsusi rejimli karantin başa çatandan sonra istifadəyə verilməsi planlaşdırılıb. Hazıırda son tamamlanma işləri gedir.

Bu, cənub regionu üçün bir ilkdir. Masallı bundan sonra AFFA-nıın təşkilatçılığı ilə keçirilən aşağı yaş qruplarının ölkə çempionatıının bölgə üzrə üzrə oyunlarına ev sahibliyi edə bilər.

Çünki yeni salnan stadion bunun üçün hər cür şəraitə malikdir. Stadionun tikintisində istifadə olunan bütün texniki avadanlıqlar xarici ölkələrdən gətirilib və keyfiyyətinə xüsusi diqqət yetirilib.

Maraq üçün onu bildirək ki, mərkəzi inşa edən Hikmət Əliyev tanınmış məşqçi Qəhrəman Əliyevin qardaşıdır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı