Bu 3 məşqçidən biri Azərbaycan yığmasını çalışdıracaq - QƏRAR GÜNÜ

8 İyul 2020 12:16 Azərbaycan Futbolu 1 768
Bu 3 məşqçidən biri Azərbaycan yığmasını çalışdıracaq - QƏRAR GÜNÜ

İyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Sportinfo.az xəbər verir ki, saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

- Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi

- Digər məsələlər

Hazırda əsas namizədlər italiyalı Canni De Byazi, irlandiyalı Roy Kin və azərbaycanlı mütəxəssis Arif Əsədovdur.

Roy Kin 1993 - 2005-ci illərdə İngiltərə "Mançester Yunayted"ində çıxış edib. O, 1997-ci ildə Erik Kantonanın gedişindən sonra "qırmızı şeytanlar"ın kapitanı olub. Keçmiş yarımmüdafiəçi bu müddət ərzində 7 dəfə İngiltərə çempionu olub, 4 dəfə isə ölkə kubokunu qazanıb. 1998/1999 mövsümündə Çempionlar Liqasının qalibi olmuş keçmiş oyunçu 1991 - 2005-ci illərdə İrlandiya yığmasının formasını geyinib.

Roy Kin

Roy Kin

Baş məşqçi kimi isə Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib. Onun son iş yeri 2009 - 2011-ci illərdə "İpsviç Taun" klubunda olub. Kin 2006/2007 mövsümündə "Sanderlend" komandası ilə Çempionşipin qalibi olub. İrlandiyalı mütəxəssis 2007-ci ilin fevral və mayında iki dəfə bu liqada ayın məşqçisi seçilib. O, həm də İrlandiya yığmasında 2013 - 2018-ci illərdə köməkçi-məşqçi kimi çalışıb.

Canni De Byazi

Canni De Byazi

Futbolçu kimi elə də ciddi uğurları olmayan Canni De Byazinin əsas nailiyyəti məqçilik karyerası ilə bağlıdır. İtaliyada SPAL, "Modena", "Breşiya", "Torino" və Udineze" kimi komandalara rəhbərlik etmiş 64 yaşlı mütəxəssis ilk iki kollektivlə C Seriyasının qalibi olub. O, ən böyük uğurunu isə millidə çalışarkən qazanıb. 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq etmiş Canni De Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb. Onun sonuncu iş yeri isə İspaniya "Alaves"i olub. Təcrübəli mütəxəssis 2017-ci ildən işsizdir.

Arif Əsədov

Arif Əsədov

AFFA-nın siyahısında 3-cü - ehtiyat namizəd də var. Bu, ötən il millidə xorvatiyalı baş məşqçi Nikola Yurçeviçin köməkçisi olmuş Arif Əsədovdur. R.Kin və ya C.De Byazinin təyinatı baş tutmasa, yığma A.Əsədova həvalə oluna bilər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı