Ramin Musayev: "İndi canımız rahat, qulağımız dincdir"

4 İyul 2020 19:45 Azərbaycan Futbolu 1 380
Ramin Musayev: "İndi canımız rahat, qulağımız dincdir"

“PFL-in əvvəl hakimliklə bağlı AFFA ilə müqaviləsi vardı, oyunlara hakimlər bizim məsləhətimiz ilə təyin olunurdu“.

Sportinfo.az xəbər verir ki, bu sözlər Peşəkar futbol Liqasının prezidenti Ramin Musayevə məxsusdur.

O, “Hakimlərin təyinatına əvvəl faktiki olaraq siz nəzarət edirdiz, indi fikriniz olmadan təyinatların olması sizi qane edir“ sualını bu cür cavablandırıb: “PFL-ə “filan hakim filan oyunda belə edəcək”, “filan hakim danışıqlara gedib” kimi məlumatlar gəlirdi. B

iz də bu informasiyalara əsasən təyinatlara öz fikrimizi bildirirdik, həmin hakimləri o oyundan çıxarıb, digərinə göndərirdik. Hakimlərin təyinatı üzərində nəzarətin bizdən çıxarılması xeyrimizə oldu.

İndi canımız rahat, qulağımız dincdir (gülür). Çünki həmin qərar verilən vaxtlarda otağımızda hər oyundan sonra qalmaqal yaşayırdıq. Adi bir künc zərbəsinə görə üstümüzə gəlirdilər ki, filan hakim səhv qərar verib. İndi isə bu baxımdan çox sakitəm“.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!