Azərbaycanlı futbolçu yeni klubuna sevinc bəxş etdi - VİDEO

4 İyul 2020 18:48 Azərbaycan Futbolu 1 132
Azərbaycanlı futbolçu yeni klubuna sevinc bəxş etdi - VİDEO

Moldovada yeni futbol mövsümü başlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto” da yeni mövsümdə ilk matçına çıxıb.

Nağıyevin komandası "Floreşti”ni qəbul edib və 3:1 hesablı qələbə qazanıb. Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da Dmitri vurub. O, 39-cu dəqiqədə fərqlənməklə həm də Moldova çempionatında yeni mövsümün ilk qolunun müəllifinə çevrilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2