İngiltərəli Azərbaycanı tərk etdi: "Burada çox yaxşı vaxt keçirdim"

4 İyul 2020 16:56 Azərbaycan Futbolu 844
İngiltərəli Azərbaycanı tərk etdi: "Burada çox yaxşı vaxt keçirdim"

Azərbaycanda stadionların ot örtüyünə qulluq edən Fil Şarples ölkəni tərk edib.

Sportinfo.az xəbər verir ki, bu barədə ingiltərəli mütəxəssis sosial şəbəkə vasitəsilə açıqlama verib.

O, hava limanında olduğunu bildirib. Mütəxəssis onun üçün artıq bir dövrün bitdiyini vurğulayıb. Şarples "Facebook" hesabında "Sağ ol, Azərbaycan. Burada çox yaxşı vaxt keçirdim. Tanıdığım hər kəsə təşəkkür edirəm" yazıb.

Fil Şarples Qəbələ şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və digər arenalarda ot örtüyünə qulluq edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda