4 il müddətinə Azərbaycan futboluna pul ayıracaqlar

1 İyul 2020 18:38 Azərbaycan Futbolu 873
4 il müddətinə Azərbaycan futboluna pul ayıracaqlar

UEFA 55 üzv federasiyaya, o cümlədən AFFA-ya maliyyə yardımını davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu yardım kampaniyasını daha 4 il müddətinə uzadıb.

UEFA 2024-cü ilə qədər 775,5 milyon avroluq fond yaradıldığını bəyan edib. 4 illik perioddakı vəsait koronavirus pandemiyasının yaratdığı maddi problem səbəbindən əvvəlki ilə müqayisədə 27 faiz artırılıb.

2024-cü ildən isə 2,6 milyard avroluq fond ayırmağı planlaşdırılır. Bu vəsait Avropa çempionatlarından əldə edilən gəlirlər sayəsində formalaşır.

Digər Xəbərlər
Xəbər Lenti