Mübariz Mənsimov bunu da etdi – 10 milyona satır?

7 İyun 2020 11:40 Azərbaycan Futbolu 19 663
Mübariz Mənsimov bunu da etdi – 10 milyona satır?

“Xəzər Lənkəran“ın sahibi Mübariz Mənsimov Azərbaycandakı biznesindən geri çəkilməyə qərar verib.

Sportinfo.az-ın məlumatına görə, hazırda Türkiyədə həbs həyatı yaşayan iş adamı borc yükü səbəbindən bu addımı atmağı lazım bilib.

Onun göstərişi ilə “Palmali”nin Bakıdakı mərkəzi ofisi satışa çıxarılıb. Qız qalasının yaxınlığında yerləşən, 2005-ci ildən “Palmali” şirkətinə məxsus olan binanın müəyyən hissəsi 2016-cı ildə təmir olunduqdan sonra “Xəzər Lənkəran”ın ixtiyarına verilmişdi.

İndi isə bura müştəri axtarılır. Qiymətə gəlincə, bir nençə mərtəbədən ibarət binanın 10 milyon manata satışa çıxarılması barədə qeyri-rəsmi bilgilər var.

Daha əvvəl “Xəzər Lənkəran”ın keçmiş ofisi, Məmməd Araz küçəsində (köhnə Teymur Əliyev) yerləşən bina da “Palmali” tərəfindən satışa çıxarılmışdı.

Lakin heç kim binaya 5 milyon manat ödəmədiyindən, klubun keçmiş ofisi icarəyə verilib. Hazırda həmin binada “Dünya Estetik Klinikası” fəaliyyət göstərir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda