"Öz cibimdən böyük pullar xərcləyən biri kimi deyə bilərəm ki…"

1 İyun 2020 09:28 Azərbaycan Futbolu 735
"Öz cibimdən böyük pullar xərcləyən biri kimi deyə bilərəm ki…"

"Region Liqasında çıxış edən iddialı klubların baş məşqçiləri və prezidentlərinin açıqlamalarını oxuyuram, əksəriyyəti çempionatın erkən bitirilməsinə etiraz edir".

Sportinfo.az xəbər verir ki, bu fikirlər Quba "Şahdağ"ının prezidenti Xanbaba Daşdıya məxsusdur.

Region Liqasında mübarizə aparan şimal təmsilçisinin rəhbəri AFFA-nın yarışın erkən dayandırılmasıyla bağlı qərarını dəstəklədiyini açıqlayıb:

"Mən də bu mövsüm öz cibimdən Region Liqasına böyük pullar xərcləyən biri kimi deyə bilərəm ki, AFFA liqanı davam etdirəcəyi halda, "Şahdağ" adından federasiyaya rəsmi şikayət etməyi planlaşdırmışdım.

Çempionluq şansımız qaldığı üçün bu qədər pulumun hədər getməsini istəməzdim. Ancaq real olan bir şey var, liqalar davam etsəydi, hansı oyunçu yayın qızmar çağında futbol oynayacaqdı ? Elə də böyük maaş vermirik axı. Nə də oyunların keçrilməsi üçün düzgün şəraitli stadionlar var.

Premyer Liqa və I Divizionun bərpası mümkün görünür, oyunlar axşam saatlarında baş tutacaq. Bizdə necə olacaqdı bəs ? Klubların hamısı iddialı deyil. O birilər də bizim güdazımıza gedəcəkdi.

Hansısa nəticəyə görə çempionu müəyyən etməyə gəlincə, bu, bütün klublara haqsızlıq olar. İnanıram ki, AFFA belə bir qərar almaz.

Liqanın vaxtından əvvəl başa çatdırılması tam haqlı qərar oldu. Hər klubun öz mövqeyi var, hamısına da hörmətlə yanaşıram. Ancaq AFFA Region Liqası üçün real mənzərəyə əsasən qərar verib".

Xəbər Lenti