
Tanınmış idman jurnalisti Anar Cəfərsoyun anası Zöhrə Cəfərova koronavirusdan vəfat edib.
Sportinfo.az xəbər verir ki, dünən axşam 69 yaşında dünyasını dəyişən Z.Fərəcova Ağdamın kəndində dəfn ediləcək.
Karantin qaydalarına görə yas mərasiminin keçirilməsinə icazə verilmir. Z.Cəfərova böyrək çatışmazlığından və şəkər xəstəliyindən əziyyət çəkib. Koronavirusa yoluxması onun səhhətini daha da ağırlaşdırıb.
O, 2 həftədən artıq idi ki, süni nəfəsalma aparatına qoşulmuşdu. A.Cəfərsoy özü də hazırda koronavirusdan xəstəxanada müalicə alır.