Elxan Məmmədova gözləmədiyi tapşırıq gəldi: Necə gətirmisən, elə də yola sal!

26 May 2020 23:00 Azərbaycan Futbolu 911
Elxan Məmmədova gözləmədiyi tapşırıq gəldi: Necə gətirmisən, elə də yola sal!

AFFA-nın Hakimlər və Hakim İnspektorlar Departamentinin sədri Frits Ştuxlik Azərbaycanı tərk etməyə hazırlaşır.

Bu, avstriyalının özündən asılı olan gediş deyil.

Ondan olsa, hələ uzun illər burada qalar. Niyə də yox?

Bakıda əlini əlini üstünə qoyub, kifayət qədər böyük pullar qazanır. Qeyri-rəsmi xəbərlərə görə, qərbi avropalının aylıq maaşı 25-30 min avro civarındadır. 2018-ci ilin sentyabrında bu vəzifəyə təyin olunan Stuxliki AFFA hər cür şərait yaradıb.

Fəqət indi vəziyyət bir qədər dəyişib. SOCAR-dan federasiyaya ayrılan maliyyə kütləsi azalıb Qurum artıq əvvəlkitək yüksək məvacib ödəməyə çətinlik çəkir.

Stuxlikin müqaviləsi 3 illikdir, odur ki, AFFA ona müəyyən təzminat ödəyib, vaxtından qabaq ölkəsinə yola salmaq niyyətindədir. Avstriyalını buna razı salmaq isə neft şirkəti tərəfindən Elxan Məmmədova tapşırılıb.

Çünki onu bura federasiyanın icraçı vitse-prezidenti və baş katibi özü gətirib. Belə deyək də, Məmmədova göstəriş verilib ki, Stuxliki necə gətirmisən, çalış, elə də yola sal.

Hərçənd bu təlimat AFFA-nın bir nömrəli idarəçisinin ürəyincə deyil. Baxmayaraq ki, Stuxlik onun çoxsaylı uğursuz kadrlarından biridir, çox güman, aralarında başqa şeylər var. Məsələn, əl əli yuyar, əl də qayıdıb üzü kimi bir şey…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!