Tünzalə Ağayeva Mübariz Mənsimov üçün nə istədi?

1 Aprel 2020 11:48 Azərbaycan Futbolu 2 193
Tünzalə Ağayeva Mübariz Mənsimov üçün nə istədi?

"Mən Mübariz bəylə şəxsən tanış deyiləm və bu, mənə bugünə kimi qismət olmayıb".

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycanın xalq artisti Tünzalə Ağayevaya məxsusdur.

Məşhur Azərbaycan müğənnisi və bəstəkarı "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovun həbs olunmasına sosial şəbəkə hesabında münasibət bildirib:

"Onun valideynlərinə təmkin, güc və səbir diləyirəm. Ancaq məsələ insanlıqdadır, məsələ bizim millətin xeyirxah oğluna, yüzlərlə soydaşlarımıza əl tutan Mübariz bəyə dəstək səsimizi əsirgəməməkdir.

Allah Yar və Yardımçısı olsun! Azərbaycanlıların və Türkiyəlilərin Mübariz bəy üçün etdiyi minlərlə duaları Rəbbim qəbul etsin. Bütün səmimiyyətimlə Allahın rəhminə və ədalətinə sığınıram, tezliklə azad olunmasını diləyirəm".

Xəbər Lenti