"Azərbaycana gəlsəm, qayıtmaq porblem olacaq"

31 Mart 2020 10:10 Azərbaycan Futbolu 508
"Azərbaycana gəlsəm, qayıtmaq porblem olacaq"

“Hazırda Tiblisidəyəm. Azərbaycana gəlmək fikrim yoxdur.

Çünki gəlsəm, qayıtmaq porblem olacaq. Hələlik gözləyirəm”

Sportinfo.az xəbər verir ki, bu sözləri matc.az-a “Samtredia”da çıxış edən Nicat Qurbanov deyib.

Gürcüstan çempionatı yeni start götürmüşdü. Qurbanovun klubu ilə bir illik müqaviləsi var. 28 yaşlı yarımmüdafiəçi koronavirus epidemiyası üzündən dayanan çempionatın taleyi barədə danışıb:

“Açığı, biz də nə olacağını bilmirik. Gözləmə mövqeyindəyik. Ölkə karantindədir. Düzdür, çölə çıxmaqda problem yoxdur. Fərdi şəkildə məşqləri davam etdirməyə cəhd edirəm.

Ancaq müəyyən çalışmalarla kifayətlənməyə məcburam. Komanda ilə məşq etmək daha keyfiyyətli olur. Hələlik kollektiv çalışa bilmirik. Ümid edirik ki, hər şey yoluna düşəcək”.

Xəbər Lenti