Mənsimovdan Ərdoğana müraciət: “Atam və anam həbsxanada olduğumu bilmir”

28 Mart 2020 12:58 Azərbaycan Futbolu 980
Mənsimovdan Ərdoğana müraciət: “Atam və anam həbsxanada olduğumu bilmir”

“Xəzər Lənkəran“ın sahibi Mübariz Mənsimov həbsinin ev dustaqlığı ilə əvəz edilməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb.

Sportinfo.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Cümhurbaşqan! 14 gündür ki, günahsız olduğum halda, həbsxanada saxlanılıram. Bir il əvvəl, 81 və 84 yaşlı atamı və anamı xəstə olduqları üçün Azərbaycandan Türkiyəyə - öz yanıma gətirdim.

Koronavirusa görə ata və anama kömək edəcək kimsə yoxdur. Valideynlərim mənim koronavirusa görə xaricdə olduğumu zənn edirlər. Siz məni tanıyırsınız, şərəfsiz FETÖ və buna bənzər heç bir təşkilatla əlaqəm olmayıb və ola da bilməz.

Mən günahsızam, xahiş edirəm, təqsirim ortaya çıxana qədər həbsimin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərəsiniz. Mən özümü deyil, atamı və anamı düşünürəm.

Düşünürəm ki, bunu nəzərə alacaqsınız. Bütün şirkətlərim Türkiyədədir və inanın, şirkətlərimin zərər görməsi Sizin və mənim düşmənlərimi sevindirir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"