AFFA-ya pul köçürmələri dayandırıldı

21 Mart 2020 18:06 Azərbaycan Futbolu 852
AFFA-ya pul köçürmələri dayandırıldı

Neftin dünya birjasında qiymətinin kəskin aşağı düşməsi SOCAR – AFFA münasibətlərinə mənfi təsir göstərib.

Sportinfo.az-ın məlumatına görə, neft şirkəti federasiyaya ayırdığı aylıq köçürmələri dayandırmaq məcburiyyətində qalıb.

Qurumun nəzərinə çatdırılb ki, bu, bir müddət belə davam edəcək. Hətta mümkündür ki, AFFA aprelin son ongünlüyünə kimi pulsuz qalsın.

Yaranmış qeyri-müəyyənlik federasiyanın maaşları ödəməsində və digər məsrəfləri qarşılamasında uzun «quyruqlar» əmələ gətirə bilər ki, artıq bununla bağlı xəbərdarlıq edilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER