Bu qaydaya əməl etməyən, 1 dəqiqə kənarda qalacaq – Futbolda yeni tələb

Bu qaydaya əməl etməyən, 1 dəqiqə kənarda qalacaq – Futbolda yeni tələb

AFFA-nın inzibati binasında Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və VAR üzrə mütəxəssis Murat İlgazın çıxışı ilə idman jurnalistləri ilə görüş baş tutub.

Görüşdə UEFA-nın yenilənmiş qərarları təqdim olunub ki, 2026/27 mövsümündə Azərbaycanda keçirilən bütün futbol yarışlarında həmin qəydalar tətbiq olunacaq.

Onlardan ən diqqətçəkəni 3-cü qaydada yer alan vaxtla bağlı məhdudlaşdırılmış əvəzetmələrdir.

Qaydada deyilir:

* Vaxt itkisinin qarşısını almaq üçün əvəz olunan oyunçu əvəzetmə lövhəsi göstərildikdən sonra və ya lövhə yoxdursa, hakimin əvəzetmə işarəsindən sonra – 10 saniyə ərzində oyun meydanını tərk etməlidir.

* Əgər oyunçu həmin 10 saniyə ərzində meydanı tərk etməzsə, təhlükəsizlik/təhlükə və ya zədə səbəbindən 10 saniyə ərzində çıxmaq mümkün olmadığı hallar istisna olmaqla), o yenə də meydanı tərk etməlidir., lakin əvəzedici oyunçu oyunun bərpasından sonra (işlək saat) 1 dəqiqə keçənədək baş verəcək ilk oyun dayanmasına qədər meydana daxil ola bilməz.

* Eyni oyun dayanması zamanı birdən çox əvəzetmə olduqda, əvəz olunan bütün oyunçular sonuncu əvəzetmənin göstərilməsindən sonra 10 saniyə ərzində oyun meydanını tərk etməlidirlər.

Bu o deməkdir ki, əvəzetmə zamanı oyunda olan futbolçu 10 saniyə ərzində meydanı tərk etməzsə, onun yerinə daxil olmalı olan komanda yoldaşı 1 dəqiqə kənarda gözləmək məcburiyyətində qalacaq.

1 dəqiqə ərzində top meydanı tərk etməzsə, həmin müddət oyun dayanan dəqiqəyə qədər davam edəcək.

Bu qərar futbolçuların əvəzetmələr zamanı vaxt itkisinə yol verməməsinə hesablanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti