"Sabahın ulduzları" liqasının uzun aradan sonra təşkili hamını sevindirir.
Bu yarış yeni istedadların üzə çıxmasına vasitə ola bilər.
Diqqətimi çəkən bir neçə məqam var.
Oyunlar axşam saatlarında, projektor işığında keçirilir.
Qızmar yay günlərində çox lazımlı addımdır.
Bəzi qarşılaşmalar "CBC Sport" kanalında canlı yayımla təqdim olunur.
Təbliğat baxımından möhtəşəm.
Oyunlarda VAR sistemi fəaliyyət göstərir.
Ədalət prinsipləri maksimum qoruyursa nə gözəl?
Turnirin bütün görüşləri yenicə təmirdən çıxan "ASCO Arena"da keçirilir.
Bir sözlə, uşaq liqalarında alışmadığımız xoş mənzərə var.
Maksimum əla şərait yaradılıb.
Alqışlar!
Amma yaxşı olardı ki, uşaq futboluna bu cür diqqət, qayğı, yanaşma sadəcə bir turniri əhatə etməsin.
Ümumiyyətlə, bütün aşağ yaş liqaların təşkili bu səviyyədə aparılsın.
Onda deyərəm sizə yağlı bir beş.
İndiki halda isə hətta görüntü xatirinə olsa belə sadəcə təşəkkür etmək olar.
Çünki uşaqlar üçün normal şərait yaratmaq istisna yox, qayda olmalıdır.
XANOĞLAN/ SPORTİNFO.AZ
