"Sportinfo TV"də yayımlanan "Sport Xəbər"in növbəti buraxılışı efirə gedib.
Burada iki məlumat izləyicilərin diqqətinə çatdırılıb.
Bildirilib ki, "Araz-Naxçıvan" "Neftçi"nin hücumçusu Ağadadaş Salyanskini heyətinə qatıb.
Gənc forvard 1 illik icarəyə götürülüb.
22 yaşlı Ağadadaşın xidmətində bir neçə Premyer Liqa klubu maraqlı idi. Mövsümün startına sayılı günlər qalmış "ağ qaralar"ın yetirməsi gözlənilmədən getmək qərarı verib.
«Şəfa» isə öncədən anlaşdığı legionerlə münasibətlərini rəsmiləşdirə bilməyib. 21 ildən sonra elitanın yolunu tutan paytaxt təmsilçisi Saliou Quindo ilə «nigah»a girməyib.
Buna səbəb 29 yaşlı legionerin sağlıq durumudur. Belə ki, adıçəkilən hücumçu Bakıda tibbi yoxlanışdan keçə bilməyib.
Mali yığmasının üzvünün ürəyində problem aşkarlanıb. O, son olaraq Albaniyada çıxış edib və «Dinamo Siti»nin şərəfini qoruyub.
Afrikalı forvard indiyədək Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Fil Dişi Sahili, Tunis, Türkiyə, Hindistan, İsrail və Yunanıstanda çıxış edib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
