Deputatın oğlu “Qarabağ”la oyunda qapısını qoruyacaq - “Dinamo”da

13 Avqust 01:50 Hadisə 828
Deputatın oğlu “Qarabağ”la oyunda qapısını qoruyacaq - “Dinamo”da

Kiyev “Dinamo”su Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyununa əsas qapıçısı Ruslan Neşeretsiz çıxacaq.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı qolkiper zədə səbəbindən ən azı daha üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu səbəbdən “Dinamo”nun qapısını Bakıda da Vyaçeslav Surkis qoruyacaq.

20 yaşlı qapıçı artıq komandanın son üç matçında, o cümlədən “Qarabağ”la ilk qarşılaşmada əsas heyətdə yer alıb.

Surkis vaxtilə “Dinamo”nun prezidenti olmuş, hazırda deputat kimi fəaliyyət göstərən Qriqori Surkisin oğludur. “Dinamo”nun hazırkı prezidenti İqor Surkis isə onun əmisidir.

Neşeret zədəsini iyulun sonunda alıb və hazırda bərpa prosesini davam etdirir. Ukrayna mətbuatının yazdığına görə, onun avqustun sonunadək meydana qayıtması mümkün görünmür.

“Qarabağ” - “Dinamo” oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. İlk matçda Kiyev təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi