Lənkəran klubunu Premyer Liqaya qaytarmaq... - ÜÇİLLİK PLAN

27 Yanvar 2020 13:28 Azərbaycan Futbolu 2 436
Lənkəran klubunu Premyer Liqaya qaytarmaq... - ÜÇİLLİK PLAN

“Alyans” Region Liqasında 6 komandanın mübarizə apardığı cənub zonasında qış fasiləsinə lider kimi yollanıb.

Sportinfo.az xəbər verir ki, Lənkəran komandası “TST Astara” ilə “Ümid”in isti nəfəsini kürəyində hiss edir.

Astara təmsilçisinin 1 oyun az keçirdiyini nəzərə alsaq, qrupda ikihakimiyyətliliyin olduğunu deyə bilərik. “Alyans“ın baş məşqçisi Əli Nəzərzadə Məsud məqsədlərinin əvvəlcə I Diviziona, oradan isə Premyer Liqaya yüksəlmək olduğunu söyləyib:

“Təxminən 3 aya yaxındır burdayam. İranda olanda mənə bu komanda haqda məlumat verdilər. Baş məşqçi olmağımı təklif etdilər. Təklifi dəyərləndirməmişdən öncə Lənkərana gəlib şəraitlə tanış oldum, komanda ilə görüşdüm.

Açığı, çox xoşuma gəldi və qalıb işləməyə razılıq verdim. Əlhəmdülillah, hər şey normaldır, işim məni qane edir. Məqsədimiz qrupdan çıxıb, həlledici görüşlərə qatılmaqdır.

Əsas hədəfimiz isə komandanın birinci divizionda çıxış etməsidir. Ondan sonra Premyer Liqa haqda düşünərik. Bunun üçün üçillik plan hazırlanıb və ümid edirəm ki, istəyimizi reallaşdıra biləcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti