Azərbaycanda oynamış futbolçunun öldüyü qəzanın - VİDEOSU

20 Dekabr 2019 16:04 Azərbaycan Futbolu 1 529
Azərbaycanda oynamış futbolçunun öldüyü qəzanın - VİDEOSU

Məlum olduğu kimi, "Kəpəz"in sabiq hücumçusu Şadon Vinçester dünən avtomobil qəzasında dünyasını dəyişib.

Sportinfo.az Trinidad və Tobaqo mətbuatına istinadən xəbər verir ki, yerli KİV-də qəzadan sonrakı görüntülər yayılıb.

Məlumat üçün deyək ki, 27 yaşlı vinger ölkəsinin Qasparilyo şəhərində qəzaya düşüb. Onun idarə etdiyi "Nissan X-trail" maşını əvvəlcə işıq dirəyinə çırpılıb, ardınca isə yanmağa başlayıb. Futbolçu ilə yanaşı, maşındakı digər 3 şəxs də həlak olub.

Vinçester 2017/2018-ci illər mövsümündə icarə əsasında "Kəpəz"də oynamışdı.

Digər Xəbərlər
Xəbər Lenti