"Narazılıq hər zaman olur" - AFFA-dakı qalmaqalın izi ilə

7 Noyabr 2019 14:25 Azərbaycan Futbolu 925
"Narazılıq hər zaman olur" - AFFA-dakı qalmaqalın izi ilə

AFFA-nın təşkilatçılığı ilə UEFA-nın A kateqoriyalı məşqçi kursunun II modulu çərçivəsində keçirilən iclasda Zaur Ramazanovla Osman Rəhimov arasında mübahisə düşməsi barədə xəbər vermişdik. Qalmaqalla bağlı məşqçi kurslarının təlimatçısı Osman Rəhimovun münasibətini öyrəndik.

Sportinfo.az-a açıqlama verən Rəhimov mübahisənin yaşandığına işarə vurdu:

"B" lisenziyasının nəticələrini veririk deyə, başımız qarışıqdır. Bununla bağlı danışmaq fikrim yoxdur. Amma orada yazılanların heç də hamısı doğru deyil. Yazılanların hansı düzgündür? Heyf ki, indi vaxtım yoxdur, danışmağa. Axşamüstü işim bitəndən sonra bəlkə danışa bildim. Narazılıq hər zaman olur. Ailənin içində belə, narazılıq baş verir. Kiminləsə münasibətim heç vaxt pis olmayıb”.

Digər Xəbərlər
Xəbər Lenti