"Turan Tovuz" Türkiyədə Rumıniya klubu ilə bacarmadı

9 Yanvar 20:20 Azərbaycan Futbolu 915
"Turan Tovuz" Türkiyədə Rumıniya klubu ilə bacarmadı

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Turan Tovuz" bu gün ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv Antalya toplanışı çərçivəsində Rumıniyadan “Qloriya" (Buzeu) ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Turan Tovuz"un Türkiyədə ikinci hazırlıq matçı yanvarın 12-də baş tutacaq. Özbəkistan təmsilçisi "Paxtakor"la qarşılaşma yerli vaxtla saat 17:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!