COP29

Klub rəhbəri: “Güclü oyunçular cəlb edəcəyik”

21 May 01:20 Azərbaycan Futbolu 530
Klub rəhbəri: “Güclü oyunçular cəlb edəcəyik”

"Heyətə güclü oyunçular cəlb edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında minifutbol üzrə Azərbaycan çempionatının gümüş medalçısı “Aznur”un rəhbəri Nuri Fətiyev bildirib.

Komandasının həm əsas qapıçısı, həm də kapitanı olan N.Fətiyev finalda “Birbaşa Bakı”ya məğlubiyyətin səbəbini izah edib:

“Finalda qələbə qazanan komanda biz olmalı idik. Mən zədələnib əməliyyat olunmuşdum.

Bu üzdən finalda ikinci qapıçımız oynadı. Hesabda 1:0 öndə olarkən o da ayağından ağır zədə aldı.

İndiyə qədər normal gəzə bilmir. Belədə qapıçının yerinə oyunçu daxil oldu, 3 qol buraxdı və uduzduq.

Oyun baxımından “Birbaşa Bakı”dan heç də geri qalmadıq. Təəssüflər olsun ki, qələbə qazana bilmədik.

Hakimlərdən çox narazı qaldım. Xırda follarla oyunu sındırırdılar. Amma ümumilikdə ciddi səhvləri olmadı”.

O, sentyabrda çıxış edəcəkləri Çempionlar Liqasına qədər komandada dəyişikliklər olacağını vurğulayıb:

“Sentyabrın 5-dən 9-na qədər Çempionlar Liqasında iştirak edəcəyik. Yarış Polşanın paytaxtı Varşavada keçiriləcək.

Hər qrupda 4 komanda olacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar pley-offa yüksələcəklər.

Əlbəttə, heyətdə dəyişikliklər olacaq. Güclü oyunçular cəlb edəcəyik.

İnşallah, Çempionlar Liqasında layiqincə mübarizə apararıq. Çətin olacaq, amma öz komandama, nəticə qazanacağımıza inanıram”.

"Aznur" minifutbol üzrə Azərbaycan çempionatının final matçında “Birbaşa Bakı” klubuna 2:5 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"