COP29

GÜNDƏM! Çempionluq matçına xüsusi münasibət, fədakar davranış

16 May 14:00 Azərbaycan Futbolu 548
GÜNDƏM! Çempionluq matçına xüsusi münasibət, fədakar davranış

Biz bu gün futbolumuzun inkişafını istəyiriksə, olduğumuz yerdə fədakar işçi, kollektiv olmağı bacarmalıyıq.

Bəzən bu yolda vaxtımızı xərcləməliyik, pulumuz varsa ondan keçməliyik, gərəkirsə şəxsi hədəflərimizi birgə uğura qurban verməliyik və.s.

Məsələn, Peşəkar Futbol Liqası (PFL) kimi.

Bu gün əminliklə demək olar ki, futbol ictimaiyyətinin gözündə PFL ən dürüst, fədakar kollektividir.

Burada çalışanlar yuxarıda sadalananları özlərində cəm ediblər.

Mənə görə sonuncu atılan addım da bunun bariz nümunəsidir.

Söhbət Birinci Liqanın 25-ci turunun "Qaradağ Lökbatan" - "Şamaxı" matçı barədə verilən qərarlardan gedir.

Bilirik ki, aşağı liqanın matçları PFL-in yutub kanalından canlı yayımlanır.

İstisna hal olaraq bugünkü qarşılaşma "CBC Sport" kanalında canlı yayımlanacaq.

Təklif PFL-dən gəlib, idman kanalı tərəddüd etmədən razılıq verib.

Razılıq olmasaydı belə, B variantı işə düşəcəkdi.

Kollektiv sırf bu görüş üçün şərhçi ayırmağı, 3-4 kamera ilə öz hesablarına daha keyfiyyətli canlı yayım təşkil etməyi planlayırmış.

"CBC Sport"un təklifi isti qarşılaması alternativ yola ehtiyac buraxmayıb.

Bundan başqa çempionluğun taleyini həll edəcək matça VAR sistemi də cəlb olunub.

Burada isə məqsəd şəffaflığı maksimum qorumaqdır.

Yəqin ki, ötən turun "İmişli" - "Qaradağ Lökbatan" matçında meydan sahiblərinin təmiz qolunun sayılmaması yaddaşlardan silinməyib.

Çempionatın təşkilinə cavabdeh qurum oxşar halın bu matçda da yaşanmasını istəmir.

Bu gün Premyer Liqanın ən gərgin dönəmidir. Qarşıda bir-birindən əhəmiyyətli matçlar var. Ölkə Kubokunun və Region Liqasının finalı əlavə böyük yükdür.

Və bunun sırasında PFL əməkdaşlarının planda olmayan işlərin icrası üçün əllərini daşın altına qoymaları sadəcə alqışalayiqdir. Məsələn, plan üzrə işlərini görüb yola da verə bilərdilər. Kimsə də nəsə deyəsi deyildi.

Amma belə işləmək metodu adıçəkilən qurumdakı həmkarlarımız üçün yaddır.

Əbəs deyil ki, dəxli olan-olmayan istənilən şikayətlə bağlı günün istənilən saatında PFL-in əməkdaşlarına müraciət etsən, isti cavabdan əlavə xüsusi qayğı da hiss edəcəksən.

Ona görə də PFL-dən belə addımlar görmək bizi heç də təəccübləndirmir, alışmışıq.

Ölkə futbolunun inkişafı üçün uşaq futbolu, yaxşı maliyyə, infrastruktur qədər həm də PFL-də cəm olan belə fədakar insanların olması mütləqdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...