
Azərbaycanda əməkdaşlarına, o cümlədən, futbolçulara verilən əməkhaqqının həcminə görə klubların vəziyyəti məlum olub.
Sportinfo.az xəbər verir ki, 2022-ci ildə əməkdaşlarına ən çox maaş verən klub «Qarabağ» olub – illik maaş fondu 14 milyon 586 min manat.
Maaşların həcminə görə, sonrakı yeri «Neftçi» və «Sabah» tutur.
«Qarabağ»ın maaş fondu «Neftçi»dən 1,5 dəfə, «Sabah»dan isə 2,2 dəfə artıqdır.
«Qəbələ», «Şamaxı», «Səbail» «Sumqayıt» öz əməkdaşlarına demək olar ki, eyni məbləğdə maaş verirlər.
Ən aşağı əmək haqqı isə hələlik «Kəpəz»dədir – 1 milyon manat. «Zirə» bu göstəricini açıqlamır.