COP29

"Qarabağ" kömək etdi, Azərbaycan Rusiyaya daha da yaxınlaşdı

1 Dekabr 2023 12:40 Azərbaycan Futbolu 1 370
"Qarabağ" kömək etdi, Azərbaycan Rusiyaya daha da yaxınlaşdı

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

Sportinfo.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə heç-heçə (2:2) etməsi sayəsində mümkün olub.

Bu bərabərlik sayəsində ölkə reytinqinə daha 0,250 xal əlavə edilib. Azərbaycan hazırda 18.125 əmsalla 29-cu pillədə qərarlaşıb. Cari mövsümdəki əmsal isə 3,875-ə çatıb.

UEFA-nın qərarı ilə klubları avrokuboklarda iştirak etməyən Rusiya 18.632 xalla 28-ci sıradadır.

Reytinqə 98,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (84,739) ikinci, İtaliya (80.998) isə üçüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"