"Neftçi" - "Qəbələ": Final İnqilab Məmmədova tapşırıldı

3 İyun 2023 11:20 Azərbaycan Futbolu 685
"Neftçi" - "Qəbələ": Final İnqilab Məmmədova tapşırıldı

"Neftçi" və "Qəbələ" arasında keçiriləcək Azərbaycan Kubokunda final oyununun təyinatları bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq.

Ona Kamran Bayramov və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Əliyar Ağayev VAR hakimi, Akif Əmirəli onun köməkçisi qismində təyinat alıb.

Barış Şimşek hakim-inspektor, Seymur Səlimli isə AFFA nümayəndəsidir.

Bu gün “Bakcell Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi