COP29

Minifutbol Federasiyasından bölgə komandaları üçün… YENİ TƏŞƏBBÜS!

23 Noyabr 2022 19:00 Azərbaycan Futbolu 420
Minifutbol Federasiyasından bölgə komandaları üçün… YENİ TƏŞƏBBÜS!

Azərbaycan Minifutbol Federasiyası ölkədə bu idman növünün kütləviləşməsi yolunda növbəti layihəni gerçəkləşdirməyi qərara alıb.

Bu haqda Sportinfo.az-a qurumun mətbuat xidmətinin rəhbəri Sərxan Abışov məlumat verib.

Onun bildirdiyinə görə, federasiya bölgələrdə zona yarışlarının təşkilini planlaşdırır.

Sitat: “Bilirsiz ki, builki ölkə çempionatında 18 komanda mübarizə aparacaq. Açığı, yarışda iştirak etmək istəyənlərin sayı xeyli çox idi.

Bunun üçün gərək komandalar federasiyanın müəyyənləşdirdiyi öhdəlikləri yerinə yetirsin. İlk dəfə bu çempionatda müxtəlif şəhər və rayondarın təmsilçiləri öz qüvvəsini sınayacaq.

Milli komandanın Avropa çempionu adını qazanması hamıda bu sahəyə marağı kifayət qədər artırıb.

Regionlardan xeyli müraciət daxil oldu, sadəcə, bir çoxu maliyyə azlığına görə digər iştirakçılara qoşula bilmədi.

Hər dəfə Bakıya gəlib-getmək, futbolçulara ödəmə etmək onların imkanı xaricində oldu.

Federasiya rəhbərliyi fikirləşir ki, necə edək, minifutbolu daha da inkişaf etdirək. Fəxri prezidentimiz Orxan Məmmədov bu istiqamətdə çox çalışır.

İstəyirik ki, ayrı-ayrı bölgələrdə zona yarışları keçirək. Bu, nə dərəcədə mümkündür? Hazırda yerlərdə şəraiti öyrənirik.

İlk növbədə minifutbol ölçülərinə və ya bu standartlara uyğun meydança məsələsi öz həllini tapmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"