"Neftçi" üzərində qələbə "Qarabağ"ı lider etdi - Yenilənib

12 Sentyabr 2021 22:20 Azərbaycan Futbolu 2 263
"Neftçi" üzərində qələbə "Qarabağ"ı lider etdi - Yenilənib

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun ikinci günündə iki matç keçirilib.

Dünən olduğu kimi, hər iki qarşılaşma Bakıda baş tutub. Mövsümün xal itirməyən yeganə komandası “Sumqayıt” “Səbail”in qonağı olub.

Gəgin mübarizə şəraitində keçən görüşün taleyini bir qol həll edib. Ötən mövsümü "Sumqayıt"da keçirən Cabir Əmirli sabiq komandasını cəzalandırıb.

Məhz bu top bakılıları növbəti qələbə ilə liderlər qrupuna yüksəldib. "Sumqayıt" isə mövsümdə ilk dəfə büdrəyib.

Günə təkcə turun deyil, I dövrənin mərkəzi oyunu ilə yekun vurulub. Azərbaycan derbisində ölkənin ən titullu iki klubu “Neftçi” və “Qarabağ” üz-üzə gəlib.

Bakılılar avrokuboklardakı uğursuzluğu unutdurmaq üçün qalib gəlməli idi. Lakin daha təcrübəli Ağdam təmsilçisi buna imkan verməyib.

Yeni transferi İbrahima Vadjinin dublu “Qarabağ”a qələbə qazandırıb. “Neftçi”nin gücü yalnız fərqi minimuma endirməyə çatıb.

Turun ilk günündə iki oyun keçirilib. Hər iki qarşılaşmada qonaqlar eyni hesabla (2:0) qələbə qazanıb. “Qəbələ” “Sabah”ı, “Zirə” isə “Keşlə”ni məğlub edib.

12 sentyabr
18:00. “Səbail” – “Sumqayıt” 1:0

Qol: Cabir Əmirli, 64
Baş hakim: Vüqar Həsənli
“Səbail”: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 31. Nail Alışov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 20. Orxan Fərəcov, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev
“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 21. Sənan Ağayev
Baş məşqçi: Ayxan Abbasov
“ASCO Arena”

20:30. “Neftçi” – “Qarabağ” - 1:2
Qollar:
Emin Mahmudov, 47 - İbrahima Vadji, 21, 45
Baş hakim: Rəşad Əhmədov
“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 14. Romen Bask, 36. Mamadu Kane, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 98. Famil Camalov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 97. Xəyal Nəcəfov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 4. Huqo Basto, 91. Ramon Maçado, 9. Tiaqo Bezerra, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 10. Abdullah Zubir, 11. Xayme Romero, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borqes, 25. İbrahima Vadji, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə 17. Qaspar Panadero, 29. Marko Vesoviç, 22. Musa Qurbanlı, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“Bakcell Arena”

1

Qarabağ

3

2

1

0

6-2

7

2

Qəbələ

3

2

1

0

6-3

7

3

Səbail

3

2

0

1

2-3

6

4

Sumqayıt

3

2

0

1

4-1

6

5

Neftçi

3

1

1

1

5-5

4

6

Zirə

3

1

1

1

4-3

4

7

Keşlə

3

0

0

3

1-6

0

8

Sabah

3

0

0

3

0-5

0

Bombardirlər: Davit Volkov ("Qəbələ") - 3 qol; Rəhim Sadıxov ("Sumqayıt"), Fəhmin Muradbəyli ("Neftçi"), Musa Qurbanlı, İbrahima Vadji (hər ikisi "Qarabağ"), Yaovi Akakpo ("Qəbələ"), Ülvi İsgəndərov ("Qəbələ") - 2 qol.

Xəbər Lenti