Sabiq "Neftçi"li sabahkı derbidən danışdı: "Kim daha diqqətli olsa o da qazanacaq"

11 Sentyabr 2021 15:00 Azərbaycan Futbolu 726
Sabiq "Neftçi"li sabahkı derbidən danışdı: "Kim daha diqqətli olsa o da qazanacaq"

"Əlbəttə, "Neftçi" - "Qarabağ" oyunları Azərbaycan derbisi sayılır.

Hər iki komanda ölkə futbolunda tarix yazmış komandalardı. Zamanından asılı olmayaraq bu komandalar hər il çempionluğa oynayır. Bu baxımdan da görüş maraqla gözlənilir".

Sportinfo.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının üçüncü turu çərçivəsində sabah baş tutacaq "Neftçi" - "Qarabağ" oyunundan danışan Hüseyn Məhəmmədov deyib.

"Neftçi"nin və Azərbaycan milli komandasının sabiq qapıçısı dəfələrlə bu derbinin iştirakçısı olub. O, düşünür ki, görüşün taleyini ciddiyət və istək həll edəcək:

"Tərəflərin heyətində güclü futbolçular var. Son mövsüm avrokuboklarda həm "Qarabağ"ın, həm də "Neftçi"nin oyunlarını izlədik. Hər iki komanda da oyun praktikasına malikdir. Qələbə üçün hər iki komanda da əlindən gələni edəcək. Çünki görüşün nəticəsi çox vacibdir.

Düşünürəm ki, hansı tərəf daha ciddi və istəkli olsa qələbə həmin tərəfin olacaq. "Qarabağ" Konfrans Liqasının qrupuna vəsiqə qazanıb. Qurban Qurbanovun yetirmələri hər iki cəbhədə mübarizə aparmalıdır. Bir sözlə, "Qarabağ"ın bir fikri də qalacaq qrup mərhəsində.

"Neftçi" isə avrokuboklarda çıxışını başa vurub. Komanda bütün fikrini çempionata yönəldəcək. Yekun nəticə komandaların oyuna necə hazırlaşması və görüşə necə köklənməsindən asılı olacaq.

Derbi görüşləri elədir ki, burda hər şey ola bilər. Öncədən nəsə demək olmur. Digər yandan həm də çempionat yeni başlayıb. Startda müəyyən çətinliklərin olması normaldı. Kim daha diqqətli olsa, o da qazanacaq".

Digər Xəbərlər
Xəbər Lenti