Qapılarda qalan sabiq "Xəzər Lənkəran"lı

27 Avqust 2021 23:00 Azərbaycan Futbolu 1 933
Qapılarda qalan sabiq "Xəzər Lənkəran"lı

Bir vaxtlar böyük perespektiv vəd edən 18-19 yaşlı Orxan Sadıqlı adlı qapıçımız vardı. Təxminən 9 il əvvəl elə o yaşlarında "Xəzər Lənkəran" kimi komandanın qapısı ona həvalə edilirdi. Həm də bu klubun yetirməsi idi, Orxan.

Belə fürsətlər hər idmançıya qismət olmur. Amma Orxana çox gənc yaşlarında qismət olmuşdu. Amma o, bu fürsəti dəyərləndirməyi bacarmadı.

Öz məsuliyyətsizliyi, qeyri-peşəkarlığı sayəsində. İnkişaf edib daha yüksək yerlərə getmək əvəzinə yerində saydı. "Xəzər Lənkəran" dağılandan sonra "İnter"ə (indiki "Keşlə") keçdi. Ardınca "Sumqayıt" və təkrar "Keşlə" ilə davam edən peşəkar karyera "Zirə" ilə bitdi.

Bakı təmsilçisindəki kobud səhvləri ilə təkcə öz karyerasını yox, həm Zaur Həşimovun çalışdırdığı "Zirə"ni bitirdi. Buraxdığı qollar hələ də yaddaşlardadır. Məhz həmin səhvlər "Zirə"ni avrokuboklardan məhrum etmişdi.

Bir müddət gözdən itən qapıçıdan yeni xəbərlər alırıq. Ki, klublarımızın qapısını bir-bir döyüb, "mənə şans verin" deyə imdad diləyir. Öncə xahişlə getdiyi "Səbail-2"yə lazım olmayınca, nadinc oğlan, indi də üz tutub "Turan Tovuz"a. Orada isə haqqında qərar hələ yoxlama görüşlərindən sonra veriləcək. Belə yerdə deyiblər kimin əvvəli, kimin axırı.

Zamanında edilən səhvlər Orxan Sadıqlını haradan haraya gətirdi. Təki ümid edək ki, özü də bu səhvlərini başa düşüb və karyerasını davam etdirmək istəyir. 28 yaş bir qapıçı üçün hələ son demək deyil. Bizə düşəni ümid etməkdir. Qalanı Orxandan asılıdır.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı