"Hətta "Neftçi" və "Qarabağ" da bunu etməlidir"

25 May 2021 22:20 Azərbaycan Futbolu 1 210
"Hətta "Neftçi" və "Qarabağ" da bunu etməlidir"

"Final oyunları ilə bağlı futbolçu kimi də təcrübəm olub. Belə oyunlarda bir tərəfin favort olması çətindir. Aşağı-yuxarı hər iki rəqib bir-birinə tay rəqiblərdi. Hər iki tərəfdən də qələbə gözləyirdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Kubokunun "Keşlə" - "Sumqayıt" finalı haqqında danışan Aslan Kərimov deyib.

Hazırda AFFA-dakı məşqçi kurslarına rəhbərlik edən mütəxəssis standart vəziyyətlərin "Keşlə"nin dadına çatdığını düşünür: "Sumqayıt"ın erkən vurduğu qoldan sonra gedişat onları qələbəyə apracaq kimi görünürdü. Bütün hadisələr "Sumqayıt"ın əlinə oynayırdı. Bilirdik ki, kompakt müdafiə olunmağı bacara bilən komandadır. Əks hücumlara da yaxşı çıxa bilirlər. "Keşlə" tez bir vaxtda bərabərlik qolunu vura bilməsəydi "Sumqayıt" fərqli hesabla da qalib gələ bilərdi. Standart vəziyyətlərdən vurulan qollar "Sumqayıt"ı şoka salmış oldu. Standart vəziyyətlər olmasaydı "Sumqayıt"ın müdafiəsin yarmaq "Keşlə" üçün çətin olacaqdı. Gücündən, təcrübəsindən asılı olmayaraq standart vəziyyətlər 50-50-yə qol deməkdir. Standart vəziyyətdən İtaliya millisinə belə qol vura bilmişik (gülür). Görünür, "Keşlə" bunun üzərində dahan çox çalışıb. Bunun nəticəsində hesabda irəli çıxdılar və sona kimi hesabı qoruya bildilər. Düşünürəm ki, sona yaxın futbolçularda yorğunluq hiss olunurdu. Mövsümün axırı olduğu üçün bu da normaldı. Hər iki tərəfin də həyəcanı son dəqiqəyə kimi daşımaları isə təqdirəlayiqdir".

Kərimov hər iki klubun Konfrans Liqasındakı şanslarını da dəyərləndirib: "İlk öncə düşəcək rəqibin kim olmasından çox şey asılıdır. Biz avropanın qrand klubları deyilik ki, ilk mərhələdə istənilən rəqib bizim üçün asan olsun. 2 mərhələ keçmək uğur sayılacaq. Nə gözlədiyimi demək bir az çətindir. Rəqibləri görmədən nəsə demək olmaz. İstənilən halda komandalar mütləq güclənməlidir. Nəinki bu iki komanda, hətta "Neftçi" və "Qarabağ" da heyətini gücləndirməlidir. Avorkuboklarda yaxşı nəticə üçün heyətlər mütləq güclənməlidir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!