"Keşlə" və "Sumqayıt" finalda - Yenilənib

29 Aprel 2021 22:48 Azərbaycan Futbolu 1 183
"Keşlə" və "Sumqayıt" finalda - Yenilənib

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, cavab oyunları çərçivəsində hər iki qarşılaşma eyni gündə baş tutub.

İlk finalçı Tofiq Bəhramov adına Respublika Stadionunda müəyyənləşib. Son illərin ölkə çempionu “Qarabağ” öz meydanında “Sumqayıt”la görüşüb.

Birinci oyunda qolsuz heç-heçə edən rəqiblər cavab görüşündə də eyni nəticəni təkrarlayıblar.

Görüşə əlavə edilmiş 30 dəqiqədə də qapılara qol vurulmadığından, penaltilər seriyasına ehtiyac duyulub. Burada isə daha dəqiq oynayan "Sumqayıt" sensasiya edərək, ardıcıl ikinci dəfə finala yüksəlib.

Digər cütdə iki Bakı klubları üz-üzə gəliblər. “Zirə” öz meydanında “Keşlə”ni sınağa çəkib. Bu qarşılaşmada da cütün taleyinə 90 dəqiqə ərzində aydınlıq gəlməyib.

Səfərdə qalib gələn zirəlilər bu üstünlüyü son dəqiqələrdə penaltidən buraxdığı topla əldən verib. Əlavə olunmuş yarım saatı azlıqda keçirən və baş məşqçisiz qalan “Zirə” fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb və tarixində ilk dəfə həlledici matça yüksəlmək şansını qaçırıb.

Qarşılaşmanın qəhrəmanı Sezar Meza Kollinin het-triki “Keşlə”ni finala daşıyıb. Beləliklə, mayın 24-də keçiriləcək həlledici oyunda “Sumqayıt”la “Keşlə” üz-üzə gələcək.

29 aprel (cümə axşamı)

17:00. “Qarabağ” – “Sumqayıt” - 0:0, ə.v. 0:0
Penaltilər seriyası ilə - 4:5

Baş hakim: Əliyar Ağayev
Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 6. Patrik Andrade,
66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 21. Cabir Əmirli, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 0:0

20:00. “Zirə” – “Keşlə” - 1:2, ə.v. 1:1
Qollar:
Şəhriyar Rəhimov, 48 (öz qapısına), Klesio Bauk, 112 - Sezar Meza Kolli, 66, 90+1 (pen.), 92
Qırmızı vərəqə: Lazar Corceviç, 90
Baş hakim: Elçin Məsiyev
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı, 29. Musa Qurbanlı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriqes, 9. Anatole Abanq, 22. Elçin Mustafayev, 71. Emin Quliyev, 79. Bahadur Həziyev, 44. Sərcan Omarov, 65. Mehdi Tahirov
Baş məşqçi: Sənan Qurbanov
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 2:1

Xəbər Lenti