"Neftçi"nin çempion olması üçün "Qarabağ" olmamalıdır"

6 Aprel 22:20 Azərbaycan Futbolu 962
"Neftçi"nin çempion olması üçün "Qarabağ" olmamalıdır"

"Çempionatın sonu olduğu üçün hər oyun gərginlik olacaq".

"Neftçi" və "Qarabağ" arasında gedən çempionluq mübarizəsi haqqında Sportinfo.az-a açıqlamasında U-19 millimizin baş məşqçisi Elxan Abdullayev deyib.

Təcrübəli mütəxəssis son turda hər iki klubun da xal itirməsinə təəccübləndiyini bildirib: "Açığı, xal itkisi olacağını gözləmirdim. Turdan öncən proqnoz verirdim ki, həm "Qarabağ", həm də "Neftçi" rahat 3 xal götürəcək. Amma əksinə oldu. Hər oyunda xal itkisi ola bilər. Bu baxımdan ciddi yanaşmaq lazımdır. Əlbəttə ki, hər iki komandanın da məşqçi və futbolçu heyəti bunu yaxşı bilir. Hər biri peşəkardır. Psixoloji durum yaxşı olmalıdır. Aradakı bir xal ciddi fərq deyil".

Həm "Qarabağ", həm "Neftçi"ni çalışdırmış mütəxəssis ağdamlıların növbəti dəfə çempion olacağını düşünür: "Hələ mövsümün əvvəlindən demişdim ki, "Qarabağ" çempion olacaq. Baxmayaraq "Neftçi" azarkeşiyəm və bunu heç vaxt gizlətmirəm. Amma indi də "Qarabağ"ın çempion olacağını deyirəm. Düzdü, öncəki illərə baxanda bu il "Neftçi" sona kimi vuruşur. Əvvəlki illərə baxanda çempionluq yolunda mübarizə var. Amma "Neftçi"nin çempion olması üçün "Qarabağ" olmamalıdır (gülür). "Qarabağ" hər bir cəhətdə "Neftçi"dən üstündür. İstər peşəkarlıq, istərsə də digər məqamlarda".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü
21 Aprel 22:00 32-ci dəfə çempion