"Qarabağ"dan 10 yaş təbriki - VİDEO

20 Noyabr 2019 10:24 Azarkeş 820
"Qarabağ"dan 10 yaş təbriki - VİDEO

"Qarabağ"ın azarkeş qrupu "İmarət"in 10 yaşı tamam olub. Ağdamdakı məşhur “İmarət” stadionunun adını daşıyan bu azarkeş qrupunu 2009-cu il noyabrın 19-da vətənpərvər qarabağlı gənclər yaradıb.

“İmarət” bu gün Azərbaycan futbolundakı fan-klublar sırasında ən fəallardan biridir. Son illərdəki ən böyük uğurlarından biri də bəzi xarici ölkələrdə “İmarət”in bölmələrinin açılması olub.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın media xidməti Azərbaycan futboluna və kluba sadəqətlə xidmət edən, komandanın əsgərlərinə çevrilmiş “İmarət”in yaradıcılarını və bütün üzvlərini təbrik edib, “Qarabağ”ın və Azərbaycanın bayrağını doğma “İmarət” stadionunda qaldırmağı arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti