"Zirə"nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Omoniya" (Kipr) Bakıda dəstəksiz qalmayacaq.
Sportinfo.az xəbər verir ki, "Omoniya"nı 30-a yaxın azarkeş irəli səsləyəcək.
Bundan başqa, nikosiyalılar paytaxta 11 jurnalistlə təşrif buyuracaq. Onlardan 5-i klubun mətbuat xidmətinin, 6-sı isə Kipr mətbuatının əməkdaşlarıdır.
"Zirə" Kiprdə baş tutan matçda "Omoniya"ya 0:6 hesabı ilə uduzub. Komandalar arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq.
Qarşılaşma saat 20:00-da start götürəcək.