“Qarabağ”ın oyununa bilet tapmadılar və bu yola əl atdılar

17 Avqust 2022 16:00 Azarkeş 1 359
“Qarabağ”ın oyununa bilet tapmadılar və bu yola əl atdılar

“Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Viktoriya”nı qəbul edəcək.

Çexiya təmsilçisi ilə matça maraq gözləniləndən də çoxdur.

Belədə oyuna getmək istəyib, amma bilet tapmayanların çoxluq təşkil edəcəyi gözlənilən idi. Çünki oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionu maksimum 30 min tərəfdara qucaq açmaq iqtidarındadır.

Bu saydan kənarda qalanlar arasında hər zaman “Qarabağ”ın oyununda çoxluq təşkil edən sumqayıtlı futbolsevərlər də az deyil.

Amma bu şəhərdə komandanın oyunun yaxından izləməyin yeni yolunu tapıblar. Belə ki, stadiondan qarşılaşmaya baxmaq istəyi puç olan yerli azarkeşlər üz tutacaqlar kinoteatra.

Belə ki, 20:45-də start götürəcək oyun Sumqayıt şəhərində yerləşən “Nizami” kinoteatrında yerli camaata təqdim olunacaq.

Artıq bu niyyətlə satışa bilet də çıxarılıb. Biletləri isə onlayn və kinoteatrın kassalarından əldə etmək mümkündür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var