Tanınmış "Xəzər"lidən "Xəzər Lənkəran"la bağlı MÖHTƏŞƏM XƏBƏR

23 İyun 2022 20:00 Azarkeş 3 640
Tanınmış "Xəzər"lidən "Xəzər Lənkəran"la bağlı MÖHTƏŞƏM XƏBƏR

Azərbaycan futbol ictimaiyyətinin illərdi gözlədiyi ən böyük xəbərlərdən biri də, sözsüz ki, bir gün "Xəzər Lənkəran" klubunun yenidən böyük futbol arenasına qayıtmasıdır.

"Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun təşəbbüsü ilə 2004-cü ildə yaradılan klub 2016-ci ildən fəaliyyətini dondurub.

Fəaliyyət göstərdiyi 12 ildə hər kəs tərəfindən rəğbət qazanan Lənkəran təmsilçisi, qısa müddətdə könüllərə yol tapmağı bacardı. Bunda təbii ki, "ağ yaşllar"ın çox sayda çılığın fanatlarının olması xüsusi rol oynadı.

Arxada qalan 6 ildən artıq müddətdə dəfələrlə "Xəzər Lənkəran" qayıdır" tipli xəbərlər qarşımıza çıxıb. Müxtəlif şəxslər tərəfindən irəli sürülən iddialar hələki öz təsdiqinə qovuşmayıb.

Son belə iddia isə komandanın ən məşhur fanatlarından sayılan "Eliko" ləqəbli Elman Tağıyevə məxsusdur.

Adətən, bu formatda yayılan informasiyalara o qədər də ciddi reaksiya verməyən Elman indi özü hər kəsi sevindirən müjdəni verib - "Xəzər Lənkəran" qayıdır!".

O, bu barədə öz sosial şəbəkə hesabından paylaşım edib:

"Ölümünə "Xəzər Lənkəran"!, bizi yalnız ölüm ayırar!" deyib də, özünü ölümünə "Xəzər"li, ağ-yaşıl sevdalısı kimi göstərib, bu sevgiyə, bu rənglərə xəyanət edib, onun-bunun komandasına azarkeşlik edənlər yaxşı oxusun.

İnşaAllah ki, original "Xəzər Lənkəran"ın dönüşünə az qalıb. Çox az qalmasa da, amma az qalıb. Həminki kimi möhtəşəm dönüş olacaq. Sadəcə bir az da səbr etmək lazımdır. Çox şükür ki, bu 6 il ərzində mən və bir neçə əsl fanatlar bu rənglərdən, bu sevgidən vaz keçmədi!

Daima o olmasa da, yoxluğunu varlığı kimi hiss etdirərək, yaddaşlardan silinməsinə imkan vermədi, daima ürəklərdə yaşatdı! İnanın, biz çox böyük ürəkli insanlarıq!

Və gün gələcək, "Xəzər Lənkəran"ın yaxşı günündə yanında olub, pis günündə və yoxluğunda arxa çevirənlər bizə yaxın belə dura bilməyəcəklər.

Zatən onları yaxına buraxmayacayıq! Bütün sadiq fanatları bağrıma basıram. Yaxşı ki, varsınız! Bu gəmi yenidən sularda üzəcək! Səbr, səbr, səbr!".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti