Azərbaycan millisinin oyunları üçün satışa çıxarıldı

10 May 2022 15:00 Azarkeş 547
Azərbaycan millisinin oyunları üçün satışa çıxarıldı

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Slovakiya və Belarusa qarşı keçirəcəyi ev oyunlarının biletləri satışa çıxarılıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletlər 1-ci kateqoriya üçün 5 manat, 2-ci kateqoriya üçün 2 manat, VİP üçün isə 10 manatdır.

Milli komanda iyunun 10-da "Dalğa Arena"da Slovakiyanı, 3 gün sonra isə eyni məkanda Belarusu qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da start götürəcək.

№:

SATIŞ NÖQTƏLƏRİ:

ÜNVAN:

1

ASAN 2

8 noyabr prospekti 23, AMAY TM 2-ci mərtəbə

2

ASAN 3

Abbas Mirzə Şərifzadə 157

3

ASAN 4

Bakıxanov qəs., Sülh küç. 197

4

ASAN Sumqayıt

Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə 42d

4

28 Mall

28 May küçəsi, 2-ci mərtəbə

5

Gənclik Mall

Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə

6

Köşk 1

Sahil m. M.Rəsulzadə 3

7

Köşk 2

Bül-bül prospekti, Nizami küç.

8

Heydər Əliyev Sarayının kassası

Bülbül pr.35

Digər Xəbərlər
Xəbər Lenti