Türkiyə və Uelsin futbol ulduzları Bakıda nə qədər adam toplayıb?

19 İyun 2021 16:40 Azarkeş 981
Türkiyə və Uelsin futbol ulduzları Bakıda nə qədər adam toplayıb?

AVRO-2020-nin Türkiyə - Uels oyunundakı (0:2) tamaşaçı sayı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bunu UEFA açıqlayıb.

Bakı Olimpiya Stadionundakı qarşılaşmanı 19 min 762 azarkeş izləyib. II turun A qrupunda keçirilən bu görüş ölkəmizdəki ikinci Avropa çempionatı matçı olub.

İyunun 12-də baş tutan Uels – İsveçrə matçında (1:1) daha az 8 min 782 tamaşaçı qeydə alınıb.

Bakıda qrup mərhələsinin daha bir matçı baş tutacaq. İyunun 20-də Türkiyə İsveçrə ilə qarşılaşacaq. İyulun 3-də isə 1/4 final matçı baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti